Logo

Dendrologiya İnstitutunun və Nəbatat bağının rəhbərliyi dəyişib

15.08.2022 16:49 264 baxış
IMG

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Dendrologiya İnstitutunun baş direktoru vəzifəsi icra edən Samirə Bağırova qurumun İdarə Heyətinin (İH) sədr müavini təyin edilib.

Tehsil.biz "Report"a istinadən xəbər verir ki, instituta rəhbərlik müvəqqəti olaraq Azərbaycan Milli Elmlər Akademiyasının elmi katibi Minarə Həsənovaya həvalə olunub.

Bundan başqa, meriyanın tabeliyindəki Nəbatat Bağının baş direktoru Natiq Allahverdiyev öz ərizəsi ilə vəzifəsindən azad edilib və qurumun İH-nin sədr müavini təyin edilib.

Bağa rəhbərlik müvəqqəti olaraq qurumun icraçı direktoru Həsən Babayevə həvalə olunub.

Xəbər lenti