Logo

15 avqust Azərbaycan müəllimlərinin I qurultayının açılış günüdür

15.08.2022 17:08 297 baxış
IMG

1906-cı ilin 15 avqustunda başlanıb 30 avqustda başa çatan Azərbaycan müəllimlərinin  I qurultayından 115 ildən artıq bir müddət keçir. Qurultay ənənəvi olaraq 5 ildən bir keçirilir.

Müstəqillik dövründə Azərbaycan müəllimlərinin 5 qurultayı keçirilib. İlk  qurultayın təşkili və keçirilməsində  H.B.Zərdabi, N.Nərimanov, A.Şaiq, S.S.Axundov, F.Ağazadə,  F.B.Köçərli  böyük fəallıq göstəriblər. 1919-cu ilin  avqustun 20-də başlayan III qurultay artıq dövlət səviyyəsində  keçirilib, Azərbaycan Xalq Cümhuriyyəti qurultayın təşkilinə xüsusi vəsait ayırıb.

Belə hesab etdim ki, Milli təhsilimizin inkişaf dinamikasını əks etdirən bu qurultaylar barədə nə bilməsək də heç olmasa ümumi xronologiyası haqqında ilkin təsəvvürlərimiz olsun. Beləliklə kiçik bir xatırlatma:

I qurultay - 15 avqust 1906-cı il

II qurultay -  25 avqust 1907-ci il

III qurultay - 20 avqust 1919-cu il

IV qurultay - 25 may  1925-ci il

V qurultay - 25 yanvar 1931-ci il

VI qurultay - 26 avqust 1946 cı il

VII qurultay - 14 noyabr 1960-cı il   

VIII qurultay - 26 yanvar 1967-ci il

IX  qurultay - 18-19 may 1978-ci il

X qurultay – 23 may 1987-ci il   

XI qurultay - 25  sentyabr 1998-ci il  

XII qurultay - 4 oktyabr 2003-cü il 

XIII qurultay - 22 sentyabr 2008-ci il     

XIV qurultay -  14 dekabr 2013-cü il

XV qurultay – 28 noyabr 2018-ci il

Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin son XV qurultayında "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda müəyyənləşdirilmiş hədəflərə nail olunması istiqamətində əldə edilmiş uğurlar, eləcə də 2013-cü ilin dekabrında keçirilmiş Azərbaycan müəllimlərinin XIV qurultayından sonrakı müddətdə təhsil sistemində reallaşdırılmış tədbirlər və islahatlar müzakirə olunub, qarşıda duran yeni vəzifələr müəyyənləşdirilib.

Nadir İsrafilov

Təhsil üzrə mütəxəssis

Xəbər lenti