Logo

Xəzər Universitetində “Açıq qapı” günü keçiriləcək

15.08.2022 18:18 308 baxış
IMG

Avqustun 16-dan 28-dək Xəzər Universitetində “Açıq qapı” günləri keçiriləcək.

Universitetdən bildirilib ki, abituriyentlər, onların valideynləri burada qəbul prosesi və tədris sistemi barədə məlumatlandırılacaqlar.

Xatırladaq ki, avqustun 16-dan ali məktəblərə qəbul üçün abituriyentlərin ixtisas seçimi başlanır.

Xəbər lenti