Logo

Azərbaycanlı məktəbli 34-cü Beynəlxalq İnformatika Olimpiadasında bürünc medal qazanıb

15.08.2022 19:06 323 baxış
IMG

İndoneziya Respublikasının Cokyakarta şəhərində 34-cü Beynəlxalq İnformatika Olimpiadası (IOI 2022) keçirilib. 88 ölkədən 349-dan çox şagirdin qatıldığı olimpiadada azərbaycanlı məktəblilər ölkəmizi uğurla təmsil ediblər.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, olimpiadada iştirak edən Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin XI sinif şagirdi Səid Nəsibov bürünc medala layiq görülüb.

Qeyd edək ki, məktəblilərin beynəlxalq İnformatika olimpiadalarına hazırlıq prosesi “Azercell Telekom” şirkətinin dəstəyi ilə həyata keçirilir.

Xəbər lenti