Logo

I qrup üzrə neçə nəfər ixtisas seçimi edə biləcək? - RƏSMİ

15.08.2022 20:07 421 baxış
IMG

2022/2023-cü tədris ili üçün respublika ali təhsil müəssisələrinin I ixtisas qrupuna Azərbaycan və rus bölmələri, hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı və dövlət sifarişi üzrə yerlərin sayı təqdim edilib.

Tehsil.biz xəbər verir ki, bu barədə məlumat I ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçada yer alıb.

Bildirilib ki, qəbul imtahanlarının nəticələrinə əsasən ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan 13 min 982, ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan 19 min 30 abituriyent müsabiqədə iştirak etmək hüququ qazanıb.

Xatırladaq ki, ali təhsil müəssisələrinə I-IV qruplarına daxil olan ixtisaslar üzrə müsabiqə abituriyentin qəbul imtahanında (hər iki mərhələ üzrə birlikdə) topladığı ümumi bal əsasında aparılır.

Avqustun 16-dan 28-dək I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər (o cümlədən subbakalavrlar) üçün ixtisas seçimi keçiriləcək.

Xəbər lenti