Logo

BANM Qazaxıstanın Atırau Neft-Qaz Universiteti ilə əməkdaşlıq edəcək

15.08.2022 21:29 400 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Qazaxıstanın Atırau Neft-Qaz Universitetinin rektoru Gülzadə Şakulikova ilə görüşüb.

Tehsil.biz xəbər verir ki, görüşdə iki ali məktəb arasında müvafiq sahələr üzrə Anlaşma Memorandumu imzalanıb. Həmçinin 2022/2023-cü tədris ilinin payız semestrində müvafiq ixtisaslar üzrə tələbə mübadiləsinin həyata keçirilməsi barədə razılıq əldə olunub.

Rektorlar eyni zamanda iki universitet arasında tələbə və professor-müəllim heyətinin mübadiləsi, Neft-qaz və enerji sektorunun digər istiqamətlərində qarşılıqlı maraq doğuran sahələrdə birgə elmi-tədqiqat layihələri barədə fikir mübadiləsi aparıblar. Görüşdə Xəzər dənizinin ekologiyası ilə bağlı beynəlxalq layihələrdə birgə təşəbbüslərlə çıxış etmək barədə məsələlər də müzakirə edilib.

Xəbər lenti