Logo

"İnanırıq ki, tədricən ənənəvi təhsilə qayıda bilərik” - Emin Əmrullayev

30.01.2021 16:19 984 baxış
IMG

“Övladını məktəbə buraxmaq istəməyən, əyani təhsil iştirakı mümkün hesab etməyən valideynlər məktəbə müraciət edə bilərlər”.

 

Tehsil.biz-in məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev “Pandemiya dövründə təhsil” mövzusunda sualları cavablandırarkən deyib.

 

O bildirib ki, bu halda iltizam yazılır ki, bu, valideynin seçimidir: “Ali təhsilin əyani formaya qayıtması istək deyil, mümkünlük məsələsidir. Pandemiyanın dinamikasını izləyirik. Çalışırıq ki, dərsləri bərpa edək. Bu dövrdə əsas problemimiz şagirdlərin sosial emosional inkişafıdır. Şagirdlər heç olmasa ,bir az ünsiyyətdə olsunlar. İnanırıq ki, tədricən ənənəvi təhsil qayıda bilərik”.

Xəbər lenti