Logo

“Abituriyent Məsləhət Mərkəzləri”nin əməkdaşları üçün növbəti təlim keçirilib

16.08.2022 09:36 276 baxış
IMG

Dövlət İmtahan Mərkəzinin (DİM) əməkdaşları “Abituriyent Məsləhət Mərkəzləri”nin işçiləri üçün ali təhsil müəssisələrinə ixtisas seçiminin başlanması ilə əlaqədar növbəti onlayn təlim keçiriblər.

DİM-dən bildirilib ki, təlim iştirakçılarına ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər haqqında məlumat verilib. Abituriyentlərin imtahan ballarının paylanması, qəbul planı, müsabiqə şərtləri nəzərə alınaraq ixtisas qrupları üzrə ümumi vəziyyət təhlil edilib.

Xatırladaq ki, “Abituriyent Məsləhət Mərkəzləri” ödənişsiz fəaliyyət göstərirlər.

Müsabiqə şərtini ödəyən abituriyentlər avqustun 16-dan 28-dək “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlərlə bağlı mərkəzlərə müraciət edə bilərlər.

Məsləhət mərkəzləri Dövlət İmtahan Mərkəzinin Naxçıvan, Göyçay, Şəki, Xaçmaz, Lənkəran, Gəncə, Şirvan, Bərdə və Şəmkir regional bölmələrində, Bakı şəhəri üzrə isə Qərbi Kaspi, Azərbaycan, Avrasiya, Bakı Biznes, Odlar Yurdu, Memarlıq və İnşaat Universitetində fəaliyyət göstərir.

Xəbər lenti