Logo

Məleykə Abbaszadə: "Yaxşı olar ki, valideynlər uşaqları ilə birgə müzakirələr aparsınlar"

16.08.2022 12:03 147 baxış
IMG

"I qrupda kompüter elmləri, mühəndisliyi və informasiya texnologiyaları kimi nüfuzlu ixtisaslarda çox yüksək keçid ballarının olacağı gözlənilir".

Tehsil.biz xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə ixtisas seçiminin başlaması ilə əlaqədar mətbuat konfransında deyib.

"10 il qabaq kimsə desəydi ki, hüquq fakültəsinin keçid balı informasiya texnologiyaları ixtisaslarından az olacaq, heç kim inanmazdı. Bu il belə olacaq. Əmək bazarında baş verən dəyişiklikləri abituriyentlərin ixtisas seçimində də görürük. Bəzən ixtisas seçimləri çox zaman kortəbii aparılır. Yaxşı olardı ki, valideynlər uşaqları ilə birgə müzakirələr aparsınlar", - DİM sədri əlavə edib 

Xəbər lenti