Logo

Bu şəxslər özlərini ekspert adlandıra bilməz - DİM sədri

16.08.2022 12:06 276 baxış
IMG

"Təhsil sahəsində təcrübəsi və elmi məqalələri olmayan, eləcə də elmi konfranslarda çıxış etməyən şəxslər özlərini ekspert adlandıra bilməz".

Tehsil.biz xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə ixtisas seçiminin başlaması ilə əlaqədar mətbuat konfransında deyib.

O bildirib ki, ekspert sözü məsuliyyət tələb edir:

"Təqdim etdiyimiz məlumatları bəzi adamlar özləri də səsləndirir. Deyirlər ki, biz belə düşünürük. Bu məlumatlar onsuz da açıqdır. Valideynlərə hər dəfə deyirik, rəsmi məlumatlara müraciət etsinlər. İstəyən adam statistikaları əldə edib, düzgün qərar verə bilər".

Xəbər lenti