Logo

Ümumi balı ən azı 150 olanlar üçün ayrılan plan yerlərinin sayı açıqlanıb

16.08.2022 12:13 291 baxış
IMG

Ümumi balı ən azı 150, imtahanın ikinci mərhələsindən balı ən azı 50 olanlar da müsabiqədə iştirak edə bilərlər.

Tehsil.biz xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə ixtisas seçiminin başlaması ilə əlaqədar mətbuat konfransında deyib.

O bildirib ki, həmin ixtisaslar üzrə ümumilikdə plan yeri 10620-dir:

“Ancaq nəzərə almaq lazımdır ki, bu ixtisasların müsabiqəsində 200-dən artıq bal toplayan abituriyentlər də iştirak edə bilərlər”.

DİM sədri qeyd edib ki, I və IV ixtisas qruplarında kənd təsərrüfatı profilli ixtisaslar üzrə (I qrupda 1060 yer, IV qrupda 400 yer, ümumilikdə 1460 yer) həm dövlət sifarişi əsasında, həm ödənişli əsaslarla ayrılan yerlərin müsabiqəsinə ümumi balı 150-dən, imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər buraxılır.

Xəbər lenti