Logo

Bu ixtisasların keçid balı hüquqdan yüksək olacaq

16.08.2022 12:21 359 baxış
IMG

Bu il reytinqli universitetlərin informasiya təhlükəsizliyi ixtisasına daha yüksək ixtisas balı formalaşacaq.

Tehsil.biz xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə ixtisas seçiminin başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, 10 il əvvəl kimsə desəydi ki, hüquq ixtisasının keçid balı informasiya təhlükəsizliyi ixtisasından aşağı olacaq, heç kim inanmazdı.

"Artıq bu, reallıqdır. İnformasiya təhlükəsizliyi ixtisaslarının keçid balı hüquq ixtisasından yüksək olacaq".

Xəbər lenti