Logo

BDU-nun Biologiya fakültəsində altı ixtisas üzrə mütəxəssis hazırlanır

16.08.2022 12:47 351 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinə 6 ixtisas üzrə tələbə qəbulu aparılır.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

BDU-nun Biologiya fakültəsi ölkədə biologiya ixtisasları üzrə liderlik edən elm-təhsil mərkəzidir. Fakültədə 6 kafedra və 13 tədris laboratoriyası fəaliyyət göstərir. Laboratoriyalar müasir avadanlıqlarla təchiz olunub.

Bakalavriat səviyyəsində biologiya, biologiya müəllimliyi, su bioehtiyatları və akvakultura, biotexnologiya, bitki mühafizəsi və qida mühəndisliyi ixtisasları üzrə mütəxəssis hazırlığı həyata keçirilir.

Fakültədə tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.

Xəbər lenti