Logo

Dövlət İmtahan Mərkəzi “Magistr” jurnalının 7-ci nömrəsini nəşr edib

16.08.2022 14:19 364 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) “Magistr” jurnalının 7-ci nömrəsini nəşr edib.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, jurnalın bu nömrəsində 2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə qəbulun nəticələri dərc olunub.

Jurnalda, həmçinin ixtisaslaşmalar üzrə minimal keçid balları və dövlət sifarişli yerlər üzrə müsabiqə nəticəsində alınmış keçid balları təqdim edilir.

Jurnalın elektron versiyasını (PDF formatında) DİM saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş əsasında əldə etmək olar (xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).

Xəbər lenti