Logo

150-200 bal toplayanlar bu ixtisasları seçə bilərlər

16.08.2022 15:54 400 baxış
IMG

150-200 bal arasında nəticə göstərmiş şəxslərin seçə biləcəkləri ixtisaslar açıqlanıb.

Tehsil.biz xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?" mövzusunda çıxışı zamanı məlumat verib.

O bildirib ki, bunlar meliorasiya mühəndisliyi, texnologiya müəllimliyi, ekologiya mühəndisliyi, aqronomluq, balıqçılıq, meşəçilik, şərabçılıq, torpaqşünaslıq və aqrokimya, yer quruluşu, daşınmaz əmlakın kadastrı, zoo mühəndislik kimi ixtisaslardır:

"Kənd təsərrüfatı yönümlü ixtisasları seçənlər də dövlət sifarişli yerlərdə oxuya biləcəklər. Bu ixtisaslara elə də çox maraq yoxdur. Lakin bunlar ölkə üçün çox vacib ixtisaslardır".

Xəbər lenti