Beşinci ixtisas qrupunda qabiliyyət tələb edən ixtisaslar üzrə 3924 plan yer ayrılıb. Qabiliyyət imtahanından məqbul qiymət alan abituriyentlərin sayı isə 8921 nəfərdir.
Tehsil.biz xəbər verir ki, bunu ali təhsil müəssisələrinə ixtisas seçiminin başlanması ilə əlaqədar keçirilən canlı yayımda Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib. O deyib ki, komissiyalar üzrə müsabiqə vəziyyəti fərqlidir. 14-cü komissiyanın dizayn ixtisası üzrə 355 plan yeri ayrılıb. 677 abituriyent isə qabiliyyət imtahanından məqbul qiymət alıb.
61-ci komissiyanın (Bakı) məşqçilik ixtisası üzrə 1275 plan yeri ayrılıb. 2431 abituriyent qabiliyyət imtahanında məqbul qiymət alıb.
Dövlət İmtahan Mərkəzinin saytının fəaliyyət-bakalavriat-faydalı bölməsində hər komissiya üzrə plan yeri və müsabiqə iştirakçılarının sayı ötən illə müqayisəli şəkildə yerləşdirilib.