Logo

İxtisas seçimində niyə BDU-nu seçməli?

16.08.2022 18:05 465 baxış
IMG

Bakı Dövlət Universiteti (BDU) abituriyentləri BDU-da elmin sirlərinə yiyələnməyə, universitet ailəsinin üzvü olmağa dəvət edir.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib. Bildirilib ki, bu gün 25 mindən çox təhsilalanı özündə birləşdirən BDU 16 fakültə, 120 kafedra, 2 elmi-tədqiqat institutu, “SABAH” Mərkəzi, 4 elmi-tədqiqat mərkəzi, ən müasir avadanlıqlarla təchiz olunmuş 19 elmi-tədqiqat laboratoriyası, Qazax filialı, İqtisadiyyat və Humanitar Kollec, “Gənc istedadlar” liseyi və s. ilə elm-təhsil inteqrasiyasının genişləndirilməsində mühüm rol oynayır. Tələbələrin sosial vəziyyətinin yaxşılaşdırılmasını, təhsildə innovasiya fəaliyyətinin, tələbələrin bilik və bacarıqlarının daim inkişaf etdirilməsini, praktiki vərdişlərə malik istedadlı mütəxəssislərin sayının artırılmasını, innovativ və dinamik təhsil proqramlarının tətbiq olunmasını, gənc tədqiqatçıların ölkəmizin iqtisadi və texnoloji inkişafında önəmli rol oynayan ixtira sahəsinə yönləndirilməsini əsas götürən BDU-da 250 nəfərlik tələbə yataqxanası, Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi, “You Will Speak” dil mərkəzi fəaliyyət göstərir. Bir ildən çoxdur ki, tətbiq edilən “Code Academy” layihəsi çərçivəsində BDU tələbələrinə müasir kompüterlərlə təchiz olunmuş auditoriyalarda proqramlaşdırma, sistem administratorluğu və şəbəkə administratorluğu üzrə təhsil almaq üçün şərait yaradılıb.

BDU yüksəkixtisaslı kadrların hazırlanması istiqamətində uğurlu islahatlar aparır. ABŞ-ın “Blackboard” platformasının tətbiqi ilə tədris prosesinin təşkili və idarəolunmasını təkmilləşdirir. Təhsilin keyfiyyətinin yüksəldilməsi, elmin sənayeyə tətbiqi, tələbələrə öz nəzəri biliklərini təcrübədə tətbiq etmə imkanının yaradılması üçün mühüm addımlar atılır. BDU ilə Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universiteti, Fransanın Lumière Lyon 2 Universiteti, Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universiteti, İsrailin Holon Texnologiya İnstitutu, İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti, Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti, Amerika Birləşmiş Ştatlarının Linkoln Universiteti kimi nüfuzlu universitetlər arasında bakalavriat, magistratura və doktorantura təhsil pillələrində ikili diplom proqramları həyata keçirilir.

Əmək bazarının tələblərinə uyğun yeni ixtisas və ixtisaslaşmaların yaradılması BDU-nun strateji hədəflərindəndir. 2022-2023-cü tədris ilindən etibarən BDU-da “Qida mühəndisliyi”, “Mühəndis fizikası”, “Mədən mühəndisliyi”, “Filologiya: Çin dili və ədəbiyyatı” kimi yeni ixtisaslar üzrə tələbə qəbulu həyata keçiriləcək. Tədris prosesi ingilis dilində həyata keçirilən 20 ixtisas üzrə – beynəlxalq münasibətlər, dövlət və ictimai münasibətlər, iqtisadiyyat, turizm işinin təşkili, ekologiya, fizika, fizika müəllimliyi, geologiya və geofizika mühəndisliyi, hüquqşünaslıq, jurnalistika, kimya, kitabxanaçılıq və informasiya fəaliyyəti, riyaziyyat, riyaziyyat müəllimliyi, psixologiya, sosial iş, sosiologiya, regionşünaslıq (Amerika üzrə), tarix və kompüter elmləri kadr hazırlığının aparılması nəzərdə tutulub.

BDU-da 2022-2023-cü tədris ili üçün bakalavriat səviyyəsi üzrə qəbul aparılan ixtisaslar:

Geologiya fakültəsi

Geologiya

Geologiya və geofizika mühəndisliyi

Mədən mühəndisliyi

Coğrafiya fakültəsi

Coğrafiya

Coğrafiya müəllimliyi

Davamlı inkişafın idarə edilməsi

Geomatika və geodeziya mühəndisliyi

Hidrometeorologiya

Turizm işinin təşkili

Ekologiya və torpaqşünaslıq fakültəsi

Ekologiya

Torpaqşünaslıq və aqrokimya

Yerquruluşu və daşınmaz əmlakın kadastrı

Tətbiqi riyaziyyat və kibernetika fakültəsi

Kompüter elmləri

İnformatika müəllimliyi

İnformasiya təhlükəsizliyi

Mexanika-riyaziyyat fakültəsi

Riyaziyyat

Riyaziyyat müəllimliyi

Mexanika

Fizika fakültəsi

Fizika

Fizika müəllimliyi

Mühəndis fizikası

Kimya fakültəsi

Kimya

Kimya mühəndisliyi

Kimya müəllimliyi

Biologiya fakültəsi

Biologiya

Biologiya müəllimliyi

Su bioehtiyatları və akvabitkilər

Biotexnologiya

Bitki mühafizəsi

Qida mühəndisliyi

Hüquq fakültəsi

Hüquqşünaslıq

Jurnalistika fakültəsi

Jurnalistika

Filologiya fakültəsi

Azərbaycan dili və ədəbiyyatı müəllimliyi

Dil və ədəbiyyat müəllimliyı (rus dili və ədəbiyyatı üzrə)

Filologiya: alman dili və ədəbiyyatı

Filologiya: Azərbaycan dili və ədəbiyyatı

Filologiya: fransız dili və ədəbiyyatı

Filologiya: ingilis dili və ədəbiyyatı

Filologiya: rus dili və ədəbiyyatı

Sosial elmlər və psixologiya fakültəsi

Psixologiya

Sosiologiya

Sosial iş

Fəlsəfə

Təhsildə sosial-psixoloji xidmət

Korreksiyaedici təlim

Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsi

Beynəlxalq münasibətlər

Dövlət və ictimai münasibətlər

Politologiya

İqtisadiyyat

Beynəlxalq ticarət və logistika

Maliyyə

Biznesin idarə edilməsi

Menecment

Tarix fakültəsi

Tarix

Tarix müəllimliyi

Regionşünaslıq (Qafqaz üzrə)

Regionşünaslıq (Amerika üzrə)

Kitabxanaçılıq-informasiya fakültəsi

Kitabxanaçılıq və informasiya fəaliyyəti

Şərqşünaslıq fakültəsi

Filologiya: Ərəb dili və ədəbiyyatı

Filologiya: Fars dili və ədəbiyyatı

Filologiya: Türk dili və ədəbiyyatı

Filologiya: Çin dili və ədəbiyyatı

Regionşünaslıq: Çin üzrə

Regionşünaslıq: Ərəb ölkələri üzrə

Regionşünaslıq: İran üzrə

Regionşünaslıq: İsrail üzrə

Regionşünaslıq: Koreya üzrə

Regionşünaslıq: Pakistan üzrə

Regionşünaslıq: Türkiyə üzrə

Regionşünaslıq: Yaponiya üzrə

Tərcümə (Ərəb dili üzrə)

Tərcümə (Fars dili üzrə)

Xəbər lenti