Logo

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

16.08.2022 23:06 301 baxış
IMG

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 991 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Tehsil.biz"ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 333, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 394, üç və daha çox doza vaksin vurduranların sayı 1 082, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 182 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 841 097, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 370 476, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 860 068, üç və daha çox doza vaksin vurduranların sayı 3 353 237, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 257 316 təşkil edir.

Xəbər lenti