Logo

Azərbaycanda daha 710 nəfər COVID-19-a yoluxub

17.08.2022 16:31 430 baxış
IMG

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 710 yeni yoluxma faktı qeydə alınıb, 503 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 806 472 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 793 268 nəfər müalicə olunaraq sağalıb, 9 777 nəfər vəfat edib, aktiv xəstə sayı 3 427 nəfərdir.

Ölkədə son sutka ərzində 4 852, hazırkı dövrədək isə 7 106 376 test aparılıb.

Xəbər lenti