“Ölkədə məktəblərin dezinfeksiya olunması ilə bağlı təlimat verilib”.
Bu barədə Təhsil naziri Emin Əmrullayev “Pandemiya dövründə təhsil” mövzusunda ünvanlanan sualları “Facebook” səhifəsində cavablandırarkən deyib.
O bildirib ki, 4400 məktəbin hər birində dezinfeksiya tədbirlərinin görülməsi yoxlanılıb:
“Təəssüf ki, dezinfeksiya tədbirlərinə əməl etməyən məktəblər müəyyən olunub. Belə olan halda isə həmin məktəb direktorları barəsində intizam tədbirləri görülüb. Bu çox az məktəblərdə aşkar olunub. Əksər məktəblərdə isə dezinfeksiya tədbirləri qaydalara uyğun şəkildə aparılıb”.