Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) “Sənətin varsa, sənədin olacaq” layihəsi çərçivəsində mobil telefonların təmiri ustası peşə ixtisası üzrə qiymətləndirmə prosesində uğurlu nəticə əldə etmiş 9 nəfər ərizəçiyə təhsil sənədi təqdim edilib.
Tehsil.biz xəbər verir ki, tədbirdə çıxış edən TKTA-nın Qeyri-formal və informal təhsilin tanınması şöbəsinin müdiri Samirə Quliyeva qeyri-formal və informal təhsilin qiymətləndirilməsi və tanınması sahəsində ötən dövr ərzində görülmüş işlərdən, eləcə də formal təhsil ala bilməyən, müxtəlif peşə sahələrində çalışan vətəndaşların peşəkar fəaliyyətinə dəstək olan “Sənətin varsa, sənədin olacaq” layihəsinin cəmiyyət üçün əhəmiyyətindən danışıb.
Sonda qeyri-formal və informal təhsilin qiymətləndirilməsi və tanınması üzrə sertifikatlar təqdim olunaraq, tədbir iştirakçıları ilə xatirə fotosu çəkilib.