Logo

"Müəllimlər kütləvi COVID-19 testindən keçirilməyəcək" - NAZİR

30.01.2021 18:24 780 baxış
IMG

Təhsil naziri Emin Əmrullayev fevralın 15-dən sonra müəllimlərin COVID-19 testindən keçirilib-keçirilməyəcəyinə və peyvənd olunub-olunmayacağına münasibət bildirib.

 

Tehsil.biz xəbər verir ki, bununla bağlı sualı cavablandıran E.Əmrullayev deyib:

 

"Əvvəlki aylardakı kimi müəllimlər kütləvi COVID-19 testindən keçirilməyəcək. Çünki test yalnız iki halda məcburidir: Birincisi, hansısa simptomlar olduğu halda, ikincisi isə koronavirus xəstəsi ilə təmasda olan zaman. Çünki kütləvi test məktəbdə yoluxma halının qeydə alındığı zaman həyata keçirilir. Düşünürük ki, 50 yaşdan yuxarı müəllimlərimizin vaksinasiyasını mərhələli şəkildə həyata keçirək".

Xəbər lenti