Bu il ali təhsil müəssisələrinə tələbə qəbulu üçün ixtisas seçimi müsabiqəsində IV qrup üzrə dövlət sifarişi əsasında 2 min 635 yer ayrılıb.
Dövlət İmtahan Mərkəzindən "Tehsil.biz"ə bildirilib ki, bu, ötən illə müqayisədə 40 yer çoxdur.
Həmçinin bu il dövlət sifarişli yerlərin ümumi sayı 23 min 627-dir. Ötən il ümumi say 22 min 881 olub.