Bu il ali təhsil müəssisələrinə tələbə qəbulu üçün ixtisas seçimi müsabiqəsində V qrup üzrə dövlət sifarişi əsasında 1574 yer ayrılıb.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, bu, ötən illə müqayisədə 17 yer azdır.
Həmçinin bu il dövlət sifarişli yerlərin ümumi sayı 23 min 627-dir. Ötən il ümumi say 22 min 881 olub.