Logo

Məktəbəhazırlıq qruplarına ərizələrin onlayn qeydiyyatı bu tarixdə bitəcək

18.08.2022 13:19 405 baxış
IMG

2022-2023-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrində təşkil edilmiş məktəbəhazırlıq qruplarına ərizələrin onlayn qeydiyyatı prosesi davam edir.

Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qeydiyyat prosesi 2022-ci il sentyabrın 14-də yekunlaşacaq.

Qeyd edək ki, məktəbəhazırlıq qruplarına qəbul prosesi www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılır.

Xəbər lenti