Daşkəsən, Goranboy rayonlarının və Naftalan şəhərinin ibtidai sinif müəllimləri ilə görüş keçirilib.
Bu barədə Təhsil İnstitutundan "Tehsil.biz"ə məlumat verilib.
Bildirilib ki, görüşün məqsədi sertifikasiya imtahanının qiymətləndirmə çərçivəsini müəllimlərə izah etmək və onları narahat edən məqamlara aydınlıq gətirməkdir.
Görüşdə Bakı Avropa Liseyinin ibtidai sinif müəllimi Pərvinə Qədimova iştirak edib. Müəllimlərə imtahanın məzmunu ilə bağlı məsələlər izah olunub, suallar cavablandırılıb.