Logo

Peşə məktəblərinə direktorların işə qəbul imtahanının nəticələri AÇIQLANDI

18.08.2022 15:45 497 baxış
IMG

2022/2023-cü il tədris ili üçün Elm və Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsil müəssisələrinə direktor və direktor müavinlərinin işə qəbul müsabiqəsi üzrə keçirilən imtahan mərhələsinin nəticələri namizədlərin https://portal.edu.az/ elektron müraciət portalındakı şəxsi kabinetlərinə yerləşdirilib.

Bu barədə "Tehsil.biz"ə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, test imtahanı mərhələsində 192 nəfər direktor, 131 nəfər namizəd isə direktor müavini vakant vəzifələri uğrunda mübarizə aparıblar. Onlardan 58 nəfəri direktor, 43 nəfər isə direktor müavini vakant vəzifələri üzrə müsahibə mərhələsində iştirak hüququ qazanıblar.

Test imtahanının nəticələrinin təhlilinə əsasən Bakı və Sumqayıt şəhərlərindəki direktor vakant vəzifələri üzrə keçid balı 35, direktor müavini vakant yerləri üçün isə 40 bal müəyyən edilib. Digər regionlarda isə analoji göstəricilər direktor vəzifəsinə namizədlər üçün 30 bal, direktor müavini vakant yerləri üzrə mübarizə aparan namizədlər üçün isə 35 bal olaraq müəyyən edilib. Keçid balını toplayan namizədlər 22 avqust - 2 sentyabr tarixlərində baş tutması planlaşdırılan müsahibələrdə iştirak edəcəklər.

Müsabiqə çərçivəsində respublika üzrə ümumilikdə 22 direktor və 28 direktor müavini vakansiyası elan olunub.

Qeyd edək ki, müsabiqə nəticələrinə uyğun olaraq seçilən müraciətçilərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.

Xəbər lenti