Logo

Azərbaycanlı aktyor: “Oturub ölümümü gözləyirəm”

18.08.2022 16:27 361 baxış
IMG

“Müalicə davam edir. Ölkəmizdəki klinikalardan birində müalicəm gedir, amma maddi durum hər dəfə özünü göstərir. Bilirsiniz, parkinson xəstəliyi birdəfəlik müalicə olmur və vaxt keçdikcə fəsadları üzə çıxır”.

Bu sözləri “Yeni sabah”a uzun müddətdir parkinson xəstəliyindən əziyyət çəkən aktyor Allahverdi Yolçuyev söyləyib.

O, daha sonra bunları əlavə edib:

“Ona görə də hər şeydən, hamıdan küsmüşəm. Ancaq sənət dostlarım arada zəng edib hal-əhval tuturlar. Heç bir dövət qurumu mənimlə maraqlanıb demir ki, haradasa belə bir adam var. Ölüb gedəndən sonra deyəcəklər ki, heyf, belə bir adam vardı… Mən də ona görə oturub ölümümü gözləyirəm, başqa nə edə bilərəm ki? Xaricdə müalicə etdirə bilərəm, amma ona da böyük məbləğdə, təxminən, 30.000 dollar pul lazımdır. Mədəniyyət Nazirliyinə dəfələrlə yazmışam, hər dəfə deyirlər biz bu barədə tədbir görəcəyik, amma heç nə etmirlər, ömür də gedir. İki gün sonra doğum günümdür, 64 yaşım tamam olur. Təqaüd də almıram, həkimlər deyir ki, parkinson xəstəliyi əlillik sayılmır, ona görə sənə təqaüd düşmür, yaşa görə də 65-dən sonra ala biləcəyəm. 3-4 ildir, demək olar ki, onun-bunun hesabına yaşayıram”. //Kulis.az

Xəbər lenti