Logo

Azərbaycanda daha 545 nəfər COVID-19-a yoluxub, 7 nəfər vəfat edib

18.08.2022 18:40 397 baxış
IMG

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 545 yeni yoluxma faktı qeydə alınıb, 479 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 807017 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 793747 nəfər müalicə olunaraq sağalıb, 9784 nəfər vəfat edib, aktiv xəstə sayı 3486 nəfərdir.

Ölkədə son sutka ərzində 3802, hazırkı dövrədək isə 7110178 test aparılıb.

Xəbər lenti