Logo

Tarix Muzeyində Şuşa şəhərinin ilk gerbinin təsviri qorunur

18.08.2022 20:42 324 baxış
IMG

Milli Azərbaycan Tarixi Muzeyinin Təsviri materiallar fondunda Azərbaycan şəhərlərinin müxtəlif dövrlərini əks etdirən gerblərin təsvirləri (Bakı, Gəncə, Şəki, Lənkəran, Zaqatala, Quba, Şamaxı, Şuşa, Naxçıvan və s.) qorunur. Onların arasında Şuşa şəhərinin ilk gerbinin təsviri xüsusi yer tutur.

Bu barədə muzeydən məlumat verilib.

Qədim Şuşanın gerbi üç hissəyə bölünmüş, bir hissəsində sağ tərəfdə ayaq üstə durmuş pələng, digər hissəsində yerdən püskürən alov, aşağı hissəsində isə yaşıl çəmənlikdə yəhərli, cilovlu Qarabağ atı təsvir olunub. Gerb, həmçinin rənglərin harmoniyası baxımından diqqəti cəlb edir.

Xəbər lenti