Logo

"DP məzunlarının dövlət və özəl sektora gətirdiyi yeniliklər öz bəhrəsini verir"

19.08.2022 10:41 454 baxış
IMG

“Xaricdə Təhsil üzrə Dövlət Proqramı neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində atılan ən düzgün addımdır. Dövlət Proqramı məzunlarının dövlət və özəl sektora gətirdiyi yeniliklər artıq öz bəhrəsini verir və növbəti 10 ildə bu daha da gözə çarpacaqdır.”

Tehsil.biz xəbər verir ki, bu fikirləri DP məzunu Rüstəm Bəhmənzadə bildirib.

R.Bəhmənzadə “2007-2015 Dövlət Proqramı” çərçivəsində 2012-2016-cı illərdə Kanadanın Krallığının "University Waterloo” ali təhsil müəssisəsində bakalavriat təhsil səviyyəsində “Riyaziyyat, maliyyə təhlili və risklərin idarə olunması” ixtisası üzrə təhsil alıb.

R.Bəhmənzadə Kanadada təhsil aldığı müddət ərzində "University Waterloo” ali təhsil müəssisəsində fəaliyyət göstərən “Azərbaycan Tələbələr Assosiasiyası”nın prezidenti və eləcə də “AIESEC Waterloo” təşkilatının vitse-prezidenti olub. Qeyd edək ki, Rüstəm Bəhmənzadə bir neçə dəfə milli musiqilərimizi tarda ifa edərək ölkəmizi Kanadada təmsil edib.

Müxtəlif müəssisə və təşkilatlarda fəaliyyət göstərmiş Rüstəm Bəhmənzadə hazırda “Azerconnect LLC” telekomunikasiya şirkətində Verilənlərin idarəolunması üzrə ekspert vəzifəsində çalışır. Sözügedən şirkətdə Verilənlərin idarəolunması komandasının qurulmasında da böyük rola sahib olub. 

Xəbər lenti