Bu gün Azərbaycan Yazıçılar Birliyi (AYB) Katibliyinin növbəti toplantısı keçirilib.
Tehsil.biz 525.az-a istinadən xəbər verir ki, toplantıda qurultayqabağı hazırlıq məsələləri müzakirə edilib. Müzakirələr zamanı qərara alınıb ki, Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayı sentyabrın 30-u təşkil edilsin.
Qurultay nümayəndələrinin seçilməsi məsələsində, nizamnaməyə uyğun olaraq, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyəti, Ağsaqalar Şurası, Gənclər Şurası, Təftiş Komssiyası üzvlərinin, AYB mətbu orqanlarının rəhbərliyinin tam tərkibdə, seksiya və bölmələrin isə hər on nəfərdən birinin qurultay üzvü seçilməsinə qərar verilib.
Toplantıda qurultayın Bakı şəhərində keçirilməsi məqbul sayılıb və qurultayın keçirilə biləcəyi məkanlar müzakirə edilib.