Logo

ADAU və Ege Universiteti arasında həyata keçiriliən ikili diplom proqramı çərçivəsində görülən işlər müzakirə olunub

19.08.2022 15:58 347 baxış
IMG

18 avqustda Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Ege Universiteti arasında onlayn formada iclas keçirilib.

Tehsil.biz xəbər verir ki, iclasda ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Ege Universitetinin rektoru, professor Necdet Budak, Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin müşaviri Nicat Məmmədov, Ege Universiteti Kənd Təsərrüfatı fakültəsinin dekanı, professor Banu Yücel, ADAU-nun rektor müşaviri Bəxtiyar Nəsibov, Ege Universiteti Mərkəzi Araşdırma Test və Analiz Laboratoriyası Tətbiq və Araşdırma mərkəzinin müdiri professor Suna Timur, Dövlət Proqramı İdarəetmə Qrupunda (DPİQ) layihə meneceri Aytən Məmmədova və digər rəsmi şəxslər iştirak ediblər.

Çıxış edən İbrahim Cəfərov 2022-2023-cü tədris ilinin payız semestrində Türkiyədən ezam olunacaq müəllimlər və tədrisin keyfiyyətli təşkili üçün hazırlıqların artıq başa çatdığını qeyd edib. O, həmçinin göstərilən dövlət dəstəyinə diqqət çəkərək hər iki universitet arasında əməkdaşlıq çərçivəsində artıq tədqiqat yönümlü araşdırmaların aparılması üçün əhəmiyyətli işlərin görüldüyünü də vurğulayıb.

Ege Universitetinin rektoru, professor Necdet Budak qardaş dövlətlərin bu proqram çərçivəsində təhsil alan tələbələrə böyük ümid bəslədiklərini və bunun üçün lazımi dəstəyi əsirgəməyəcəklərini bildirib.

İclasın gedişatı zamanı təhsilin keyfiyyətinin artırılması, yüksək standartlara cavab verən mütəxəssislərin hazırlanması istiqamətində bir sıra təkliflər irəli sürülüb.

Xəbər lenti