Dövlət İmtahan Mərkəzi doktorantura və dissertantura səviyyəsində xarici dil imtahanlarını uğurla vermiş iddiaçılara müraciət edib.
Bu barədə "Tehsil.biz"ə mərkəzdən məlumat verilib.
Bildirilib ki, iyunun 12-də və iyulun 7-də doktorantura və dissertantura səviyyəsində xarici dil üzrə fəlsəfə doktoru, iyunun 13-də isə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarını uğurla vermiş iddiaçılar imtahanlarının nəticələrini özündə əks etdirən, imtahanların verildiyi tarixdən dissertasiyanın ilkin müzakirəsinədək beş il müddətində etibarlı sayılan, Ali Attestasiya Komissiyasının müəyyən etdiyi formada şəhadətnamələri Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299 ünvanındakı Dövlət İmtahan Mərkəzinin (DİM) inzibati binasına yaxınlaşmaqla götürə bilərlər.