Logo

“Qanlı vəsiqə” filmi çəkilir - Kəşfiyyatçı zabitimizin həyatı

19.08.2022 21:04 421 baxış
IMG

Birinci Qarabağ Müharibəsi qəhrəmanlarından olan kəşfiyyatçı Adil Rüstəmov haqqında sənədli filmin çəkilişlərinə başlayıb.

Kulis.az xəbər verir ki, “Qanlı vəsiqə” sənədli filmi “Nova Gorica” kino mərkəzi “Euroclima” şirkətinin dəstəyi ilə çəkilir.

Kəşfiyyatçı Adil Rüstəmov 1963-cü ildə Zəngilan şəhərində anadan olub. 1990-cı ildə Azərbaycan Milli Ordusuna yazılıb, rota komandiri, ardınca kəşfiyyat komandiri təyin edilib. 1992-ci il, dekabrın 10-da Şayıflı stansiyasında düşmənlə əlbəyaxa döyüşdə işgəncələrlə qətlə yetirilib. Məzarı Zəngilan şəhər qəbiristanlığındadır. Ölümündün sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.

Filmin rejissoru Aydan Əhmədova, operatoru Rafiq Əliyev və Yağmur İbrahimovdur, bədii rəhbər Tahir Tahiroviç, prodüseri isə Aslan Abdullayevdir.

Xəbər lenti