Logo

Mingəçevir Dövlət Universiteti yeni ERASMUS+ layihəsində tərəfdaşlıq edəcək

19.08.2022 21:55 401 baxış
IMG

Mingəçevir Dövlət Universitetinin (MDU) tərəfdaşlıq etdiyi Virtual Gənclər Biznes Habları Beynəlxalq Şəbəkəsi (Virtual Youth Business Hubs International Network - VEHUB4YOU) layihəsi Avropa İttifaqının Erasmus+ proqramının qalibi elan edilib.

Tehsil.biz xəbər verir ki, gənclər sahəsində potensialın gücləndirilməsinə, əməkdaşlıq və mübadiləyə dəstək göstərən yeni layihənin 36 ay ərzində icra edilməsi nəzərdə tutulur.

Layihənin koordinatoru qismində İtaliyanın Floggia Universiteti (UNIFG) çıxış edəcək. Layihənin tərəfdaşları arasında Azərbaycandan MDU, Latviyadan RISEBA Tətbiqi Elmlər Universiteti, Ukraynadan Kiyev Milli Texnologiyalar və Dizayn Universiteti (KNUTD), Sosial və İqtisadi Təşəbbüslər İnstitutu (ISEI) və Kiyev Təhsil, Təlim və Gənclər Mərkəzi (KETYC) yer alıb.

Layihənin əsas məqsədi virtual mübadilə texnologiyalarından istifadə yolu ilə biznes üzrə bilikləri Avropa İttifaqından Ukrayna və Azərbaycan gənclərinə ötürməkdir.

Bu barədə MDU-dan bildirilib.

Xəbər lenti