Logo

MBA təhsili olan ən zəngin milyarderlər hansı biznes-məktəblərdə oxuyublar?

31.01.2021 12:13 536 baxış
IMG

Bu milyarderlər dünyanın ən zəngin MBA təhsili sahibləridir. Gəlin, onların hansı universitetlərdə oxuduqlarını öyrənək.

 

MBA məzunlarını Forbes reytinqində axtarıb tapmaq əziyyətli işdir. Qeyd edək ki, onlardan bəziləri biznes-məktəbdəki təhsilini yarımçıq qoyub, məsələn, Microsoft-un keçmiş baş direktoru Steve Ballmer və neft-kimya milyarderi Mukesh Ambani (Stanford).

 

Bununla belə, onların Forbes siyahısına düşməsi MBA-nın iş dünyasının zirvəsinə çıxmağa kömək etdiyini göstərir.

 

Ən zəngin MBA təhsilli milyarderlər:

 

Li Kun Hee

 

 

Universitet: George Washington

 

Sərvəti: 20.9 milyard dollar

 

Li Kun Hee – Samsung Group korporasiyasının keçmiş sədridir. O, George Washington University Business School-da təhsil alıb. Samsung şirkəti əsasən məişət elektronikası ilə tanınır, eyni zamanda dəb, sığorta, tematik parklar, xidmətlər və digər sahələrdə fəaliyyət göstərir. Korporasiya Li Ben Chol – Li Kun Hee-nin atası tərəfindən təsis edilib. 2014-cü ildə Li infarkt keçirib, 2020-ci il 25 oktyabr tarixində isə dünyasını dəyişib.

 

Leonard Blavatnik

 

 

Universitet: Harvard Business School

 

Sərvəti: 29.7 milyard dollar

 

Leonard Blavatnik Ukraynada andan olub, Rusiyada böyüyüb və Amerikanın Harvard Business School məktəbində təhsil alıb. Hal-hazırda onun sərvəti 29.7 milyard dollar dəyərində qiymətləndirilir. Bundan əlavə, milyarder sərvətinin 500 milyon dollardan çoxunu xeyriyyə işlərinə xərcləyib (əsasən Oxford və Stanford universitetlərinə göndərib).

 

Suzanne Klatten

 

 

Universitet: IMD

 

Sərvəti: 25.9 milyard dollar

 

Suzanne Klatten Almaniyanın ən zəngin qadınıdır. O, MBA təhsilini İsveçrənin IMD biznes-məktəbində alıb. Suzanne BMW konsernin 19.2%-nə sahib özəl Quandt sülaləsinə daxildir. Sahibkar xanım Atlana AG firmasının dərman və kimya korporasiyasına çevrilməsinə kömək edib. Eyni zamanda, illik dövriyyəsi 2.5 milyard dollardan çox olan şirkətin tək sahibidir.

 

Alexey Mordashov

 

 

Universitet: Northumbria University

 

Sərvəti: 22.5 milyard dollar

 

Alexey Mordashov – 19 il rəhbərlik etdiyi Rusiyanın Severstal metallurgiya şirkətinin əsas səhmdarıdır. Bununla yanaşı, milyarder TUI Group səyahət agentliyinin dörddə birinə sahibdir. MBA təhsilini sahibkar 2006-cı ildə İngiltərənin Northumbria universitetində almışdır.

 

Phil Knight

 

 

Universitet: Stanford GSB

 

Sərvəti: 50.4 milyard dollar

 

Phil Knight – Nike şirkətinin qurucusu – diplom aldığı Stanford universitetinə 505 milyon dollar bağışlayıb. O, University of Origon-da qaçışla məşğul olub, sonra isə məşqçisi Bill Bowerman ilə birlikdə Nike ayaqqabı nəhəngi qurub. Phil 2016-cı ildə şirkəti tərk edərək 52 yaşında pensiyaya çıxıb.

 

Milyarder hələ də aktiv şəkildə xeyriyyə ilə məşğul olur və təkcə Stanford deyil, University of Oregon təhsil ocağını da maliyyələşdirir.

 

Michael Bloomberg

 

 

Universitet: Harvard Business School

 

Sərvəti: 54.9 milyard dollar

 

O, MBA təhsilini 1966-cı ildə nüfuzlu Harvard Business School-da almışdır. 1981-ci ildə isə Bloomberg şirkətini (bütün dünyada tanınmış maliyyə mediası) qurmuşdur.

 

Bloomberg daim şirkətinə sərmayə qoyurdu və o, şirkətdə 88% paya sahibdir. İllik 9 milyard dollar gəlir sayəsində bu gün Harvard məzununun sərvəti 54.9 milyard dollar təşkil edir. Milyarder karyerasına Solomon Brothers investisiya bankının aşağı pillələrində başlayaraq Wall Street-də tanınmağı bacardı. Bloomberg eyni zamanda Nyu-York şəhərinin meri olmuşdur.

 

Banker.az

Xəbər lenti