Logo

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

20.08.2022 16:45 314 baxış
IMG

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1395 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 253, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 211, üç və daha çox doza vaksin vurduranların sayı 809, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 122 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13847248, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5371491, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4860969, üç və daha çox doza vaksin vurduranların sayı 3356882, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 257906 təşkil edir.

Xəbər lenti