Logo

“Mədəni irsin qorunmasının aktual problemləri” mövzusunda beynəlxalq konfransa məqalə qəbul olunur

20.08.2022 17:38 375 baxış
IMG

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) tərəfindən “Mədəni irsin qorunmasının aktual problemləri” mövzusunda keçiriləcək beynəlxalq elmi-praktik konfransa məqalə qəbulu aparılır.

Tehsil.biz xəbər verir ki, beynəlxalq konfrans “Qarabağın itirilmiş mədəni irsinin geri qaytarılması problemləri”, “Mədəni irsin identifikasiyası, inventarlaşdırılması və rəqəmsallaşdırılması”, “Qeyri-maddi mədəni irsin aktuallaşdırılması”, “Mədəni irs – turizmin inkişafının potensial obyekti kimi”, “Mədəni irsin qorunmasının normativ-hüquqi mexanizmləri” bölmələri üzrə təşkil olunacaq.
Konfransda iştirakla bağlı məlumat və məqalə avqustun 28-dək elektron formatda medeniirs2022@gmail.сom ünvanına göndərilməlidir. Məqalənin tərtib edilməsi qaydaları və beynəlxalq konfrans haqqında ətraflı məlumatla ADMİU-nun saytında tanış olmaq mümkündür.

“Şuşa İli” çərçivəsində oktyabrın 28-də təşkil olunacaq konfransın işçi dilləri Azərbaycan, türk, ingilis və rus dilləridir.

Xəbər lenti