Logo

Valideynlərə ŞAD XƏBƏR: Bakıda ucuz məktəbli yarmarkaları açıldı - VİDEO

20.08.2022 23:30 452 baxış
IMG

Yeni dərs ilinin başlanmasına bir aydan da az vaxt qalıb. Valideynlər üçün əsas məsələlərdən biri övladlarına məktəbli ləvazimatları almaqdır.

Tehsil.biz "Xəzərxəbər"ə istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin göstərişinə uyğun olaraq paytaxtda bəzi metrostansiyaların yaxınlığında məktəbli yarmarkaları qurulur.

Bakıda bəzi metrostansiyaların çıxışında məktəbli yarmarkaları fəaliyyətə başlayıb.

Yarmarkalar Bakı Şəhər İcra Hakimiyyətinin göstərişinə əsasən əhalinin sıx olduğu yerlərdə yaradılıb. Məqsəd yeni tədris ili ərəfəsində şagirdlərin məktəbli ləvazimatlarına olan ehtiyaclarını daha asan, rahat, çevik şəkildə təmin etməkdir.

Çadır tipli yarmarkaların sentyabrın 25-ə qədər fəaliyyət göstərəcəyi bildirilir

Bakı şəhər İcra Hakimiyyətindən bildirilib ki, qiymətlərə və xidmətə nəzarət ediləcək.

Xəbər lenti