Logo

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

21.08.2022 17:13 294 baxış
IMG

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 319 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 192, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 174, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 809, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 144 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 848 567, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 371 683, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 861 143, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 357 691, pozitiv nəticədən sonra buster doza olunanların sayı 258 050 təşkil edir.

Xəbər lenti