Goranboy rayonunun ümumtəhsil məktəblərində dezinfeksiya işləri həyata keçirildi.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” Qərarına əsasən 2021-ci ilin fevral ayını 1-dən etibarən ümumtəhsil məktəblərində əyani təhsilə başlanılması ilə bağlı, Goranboy rayonunun ümumtəhsil məktəblərində, pandemiyayaqarşı mübarizə məqsədi ilə, 31 yanvar 2021-ci il tarixində dezinfeksiya işləri həyata keçirilib.