Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) əməliyyatçı mühasib, bağban-dekorator, heyvandarlıq mütəxəssisi, dayə, bitkiçilik mütəxəssisi peşə ixtisasları üzrə formal təhsilə çıxış imkanı məhdud olan vətəndaşlar üçün təhsil sənədi əldə etmək imkanı yaradır.
Bu barədə "Tehsil.biz"ə TKTA-dan məlumat verilib.
Bildirilib ki, sözügedən ixtisaslar üzrə müxtəlif kurslarda, dərnəklərdə, fərdi məşğələlərdə təlim keçmiş və ya usta yanında, özünütəhsil yolu ilə bilik və bacarıqlara yiyələnmiş vətəndaşlar həmin səriştələrin qiymətləndirilməsi və tanınması məqsədilə keçirilən imtahanlarda iştirak edə bilərlər.
İmtahanlardan uğur əldə edən ərizəçilərə müvafiq modul üzrə sertifikat, peşə ixtisasının bütün modulları üzrə sertifikat əldə etmiş ərizəçilərə isə ilk peşə təhsili səviyyəsində təhsil haqqında sənəd - diplom təqdim ediləcək.