Logo

III Sevil Beynəlxalq Qadın Sənədli film festivalı sona çatdı

22.08.2022 21:18 349 baxış
IMG

III Sevil Beynəlxalq Qadın Sənədli film festivalı sona çatıb.

Kulis.az xəbər verir ki,13-20 avqust tarixlərində Bakı, Şəki, Lənkəran şəhərlərində eyni anda baş tutan festival bu ilki proqramını uğurla yekunlaşdırdı. 8 gün ərzində 36 yerli və xarici film nümayişi, xarici mütəxəssisləri ilə 3 masterklas, xarici xarici və yerli rejissorlar, spikerlərlə çoxsaylı panel müzakirələri yerinə yetirən festival 1200-dən çox izləyici, 100-dən çox masterklas iştirakçısına ev sahibliyi etdi. 7 xarici kino mütəxəssisinin qatıldığı festivalda bəzi beynəlxalq film rejissorları izləyicilərlə nümayişlərə canlı yayım vasitəsilə qoşuldu.

20 avqust tarixində təntənəli qapanış mərasimi ilə III Sevil Beynəlxalq Qadın Sənədli film festivalı sona çatdı.

Mərasimdə hər üç nominasiyada qalib filmlər açıqlandı. Yerli qısametrajlı sənədli film nominasiyasında qalib gələn yerli rejissor Aynur Kazımova Sevilfest-in (Sevil BQSFF) 2022-ci il proqramı çərçivəsində Almaniyanın "goEast" film festivalı ilə əməkdaşlığı çərçivəsində "goEast" tərəfindən təşkil edilən "East-West Talent Lab"da iştirak haqqı qazandı.

Qaliblərin ümumi siyahısını təqdim edirik:

Tammetrajlı sənədli film nominasiyası:

Kədər tərbiyəçisi - 66 dəqiqə, Mina Laamo - Finlandiya

Xüsusi jüri mükafatı:

Kimliyin səsi - 90', James Kicklighter, ABŞ

Beynəlxalq qısametrajlı sənədli film nominasiyası

Çöl çiçəkləri - 20', Mariana X. Rivera, Meksika

Xüsusi jüri mükafatı:

Sükut içində pıçıltı - 20', Sargol Eslamian, İran

Yerli qısametrajlı sənədli film nominasiyası:

Unudulmuş arzular - 18', Aynur Kazımova, Azərbaycan

Xüsusi jüri mükafatı:

Nə istəyirsiz? - 13', Günel Səfərova, Azərbaycan

Xəbər lenti