Logo

Səkkiz dövlət orqanında olan 12 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

22.08.2022 22:56 452 baxış
IMG

Avqustun 1-də elan olunmuş daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib. Səkkiz dövlət orqanında olan 12 vakant vəzifə daxili müsahibəyə çıxarılıb.

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 13 namizədlə 14 müsahibənin keçirilməsi planlaşdırılır.

Ən yüksək müsabiqə vəziyyəti Hesablama Palatası, Ümumdövlət xidmətlərinin auditi şöbəsi, dövlət orqanı aparatında şöbə müdiri (1 vakant yer üzrə 4 namizəd), Kənd Təsərrüfatı Nazirliyi, Elm, təhsil və insan resursları şöbəsi, dövlət orqanı aparat rəhbərinin müavini - şöbə müdiri (1 vakant yer üzrə 4 namizəd) üzrə yaranıb.

Müsahibələrin avqustun 25-dən sentyabrın 7-dək olan dövrdə keçirilməsi planlaşdırılır.

Qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in saytından əldə edə bilərlər.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.

Namizəd müsahibədən bir gün əvvəl saat 16:00-dək müsahibələrin keçirilmə qrafikində “Şəxsi kabineti”nin nömrəsini seçərək açılan müraciət formasında “İMTİNA” düyməsini basmaqla müsahibədə iştirakdan imtina edə bilər.

Müsahibədə üzrlü səbəblərdən iştirak etməyən namizədlə həmin vakant vəzifə üzrə (elan edilmiş cari müsahibə üzrə) yeni müsahibənin təşkili yalnız müvafiq təsdiqedici sənəd nəzərə alınmaqla həyata keçirilə bilər.

Namizədlərdən müsahibənin başlanma vaxtından azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.

Xəbər lenti