"Məktəb direktorlarına aylıq əlavələr hər il yanvar ayından etibarən məktəbdə nə qədər şagird qeydiyyatdadırsa, ona uyğun olaraq hesablanacaq".
"Tehsil.biz"in məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev brifinqdə deyib.
O bildirib ki, aylıq əlavələr təxminən 865 direktoru və 2343 direktor müavinini əhatə edəcək.