Logo

Nazir: "Bəzi bağçalarda isti yemək verilməsinə başlanılacaq”

23.08.2022 13:37 420 baxış
IMG

"Bağçalarda monitorinqlər demək olar ki, yekunlaşıb. 80-dən artıq bağça direktoru işindən azad edilib”

Tehsil.biz xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev brifinqdə deyib.

Onun sözlərinə görə, bu işdə məqsəd kimisə işdən çıxarmaq deyil, prosesi daha yaxşı qurmaqdır:

"İşə qəbulun elektron qaydada aparılması prosesində müəyyən problemlərlə üzləşəcəyimizi ehtimal edirik. Məsələn, yenə müşahidə edəcəyik ki, 10 yer var, amma 20 nəfər qeydiyyatdan keçmək istəyir. Lakin biz bunu il ərzində yer boşaldıqca təmin edə biləcəyik. Düşünürəm ki, belə olan halda proses daha şəffaf olacaq. Artıq tərbiyəçilərin də işə qəbul imtahanı mərkəzləşmiş qaydada aparılır. Burada da biz prosesin daha şəffaf olacağını gözləyirik”.

Nazir məktəbəqədər tədris müəssisələrində qidalanma məsələsindən də danışıb:

“Növbəti tədris ilində, oktyabr ayından başlayaraq pilot olaraq bəzi bağçalarda isti yemək verilməsinə başlanılacaq”.

Xəbər lenti