Logo

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

23.08.2022 16:46 291 baxış
IMG

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1732 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 319, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 337, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 886, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 190 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 850 299, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 372 002, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 861 480, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 358 577, pozitiv nəticədən sonra buster doza olunanların sayı 258 240 təşkil edir.

Xəbər lenti