Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Xaricdə yaşayan və Əqrəba İcmaları Baş İdarəsi arasında imzalanmış Niyyət Məktubuna əsasən 2022-2023-cü tədris ili üzrə “Türkiye bursları” çərçivəsində 7 nəfər Azərbaycan vətəndaşı Türkiyənin müxtəlif nüfuzlu universitetlərində doktorantura səviyyəsi üzrə təqaüdlü təhsil almaq imkanı qazanıb.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, təqaüdə layiq görülənlər təhsilin idarəedilməsi, iqtisadiyyat, psixologiya, mühəndislik, ekologiya, hüquq və tarix ixtisas istiqamətləri üzrə tədqiqat aparacaqlar.