Logo

Quba rayonunda 3-cü beynəlxalq qiymətləndirmə düşərgəsinə start verilib

24.08.2022 23:09 396 baxış
IMG

Təhsil İnstitutu və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə avqustun 24-də Quba rayonunda 3-cü beynəlxalq qiymətləndirmə düşərgəsinə start verilib.

İnstitutdan bildirilib ki, düşərgəyə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərindən 30 müəllim qatılıb. Düşərgədə müəllimlər Azərbaycanın iştirak etdiyi beynəlxalq qiymətləndirmə tədqiqatları barədə daha ətraflı məlumat alır, tədqiqat metodologiyaları və nümunə suallarla tanış olurlar. İştirakçılar şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə biliklərinin real həyatda tətbiqi, yaradıcı düşüncə bacarıqlarının rolu, eləcə də ev, məktəb mühiti, sosial-iqtisadi vəziyyət və s. amillərin şagirdlərin öyrənməsində rolu barədə məlumat əldə edirlər.

Düşərgənin əsas məqsədi təhsil işçilərinin, xüsusilə müəllimlərin beynəlxalq qiymətləndirmə tədqiqatları barədə məlumatlılığını artırmaq, onların qiymətləndirmə siyasətinin təkmilləşdirilməsində iştirakını təmin etməkdir.

Beynəlxalq qiymətləndirmə düşərgəsi avqustun 26-dək davam edəcək.

Sonda düşərgə iştirakçılarına sertifikat təqdim ediləcək.

Xəbər lenti